“Express Lombard” şirkətinin yarım ildə mənfəəti azalıb

“Express Lombard” ASC 2026-cı ilin ilk yarısını 275 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2025-ci ilin eyni dövrü ilə (329 min manat) müqayisədə 16.4% azalma deməkdir.

Banker.az bu barədə ASC-nin 30 İyun 2026-cı il tarixi üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, cəmiyyətin faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfədən çox artaraq 266 min manatdan 674 min manata yüksəlib. Bununla yanaşı, şirkətin faiz xərcləri də kəskin artaraq 13 min manatdan 142 min manata çatıb.

Lombardın qeyri-faiz gəlirləri 53 min manata düşüb (ötən il 249 min manat). Eyni zamanda, qeyri-faiz xərcləri 305 min manata yüksəlib (ötən il 174 min manat).

Qeyd edək ki, “Express Lombard” 2011-ci ildə yaradılıb. Şirkətin səhmdarı 100 % Nicat Həsənovdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər