-3 C
Baku
Sunday, December 15, 2024

Expressbank əməkdaşlarından “YAŞAT” Fonduna dəstək

®Expressbank hər zaman Korporativ Sosial Məsuliyyət çərçivəsində müxtəlif layihələrdə iştirak edib və fərqli istiqamətlərdə aztəminatlı ailələrə, həssas əhali qrupuna aid həmvətənlərimizə həm maddi, həm də mənəvi dəstək göstərməyə çalışıb və çalışmağa davam edir.

Bu dəfə isə Expressbank-ın əməkdaşları maaşlarının bir hissəsini “YAŞAT” Fonduna köçürüblər. Belə ki, Bank əməkdaşları yanvar ayı üzrə əmək haqqlarının istəklərinə uyğun olaraq müəyyən bir hissəsini vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin ailərərinə və yaralanan qazilərimizə dəstək olmaq məqsədi ilə “YAŞAT” Fonduna ianə ediblər.

Xatırladaq ki, daha öncə Expressbank tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150.000 AZN və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 150.000 AZN köçürülüb.

Bankın kollektivi Vətən naminə canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə isə şəfa diləyir.

Son xəbərlər
Digər xəbərlər