-1 C
Baku
Sunday, December 15, 2024

“Expressbank” 2022-ci ilin üçüncü rübünü 11 mln. manat mənfəətlə başa vurdu

Ölkənin bank və maliyyə sektorunda aparıcı yerlərdən birini tutan “Expressbank” ASC,  həm yerli, həm də beynəlxalq müstəvidə olan maliyyə yeniliklərini izləyir və bu innovativ həlləri mütəmadi olaraq öz fəaliyyət prinsiplərinə tətbiq etməyə davam edir. Şəffaflıq və bank-müştəri münasibətlərində qarşılıqlı inam prinsipləri əsasında fəaliyyət göstərən bank, bunun məntiqi davamı olaraq, növbəti maliyyə uğuruna imza atmışdır. Belə ki, “Expressbank” ASC ötən ilin üçüncü rübü ilə müqayisədə 38.25% artım əldə edərək, bu ilin üçüncü rübünü 11 milyon manatdan artıq mənfəətlə başa vurmuşdur.

Aktivlərin həcmində artım olmuşdur.

2022-ci ilin üçüncü rübünə aid olan maliyyə hesabatında bankın bir çox göstəricilərində uğurlu nəticələr qeydə alınmış və bu özünü aktivlərin həcmində də əks etdirmişdir. Belə ki, bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 20.23% artaraq cari ilin üçüncü rübündə 422.434 milyon manat təşkil etmişdir.

Depozitlərin payı artmışdır.

“Expressbank”ın müştərilərə olan yanaşması qarşılıqlı inam və güvən prinsipləri əsasında inkişaf etməkdədir. Bunun əyani nümunəsinin maliyyə rəqəmlərində də təzahür etdiyini görmək mümkündür. Bankın depozit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 14.13% artaraq cari ilin üçüncü rübündə 178.141 milyon manat olmuşdur.

Kredit portfelinin də ümumi həcmi artmışdır.

“Expressbank” ASC-nin cari ilin üçüncü rübünə aid digər bir uğurlu statistik göstərici isə kredit portfelinin həcmində olan artımdır. Mütəmadi olaraq müştərilərin ehtiyaclarını nəzərə alaraq həyata keçirilən kredit kampaniyaları bu nəticələrə də öz təsirini göstərmişdir. Nəticədə ötən ilin sonu ilə müqayisədə bu ilin üçüncü rübündə bankın kredit portfelinin ümumi həcmi artaraq 285.331 milyon manat təşkil etmişdir.

Kapitalın həcmində artım qeydə alınmışdır.

Bu ilin üçüncü rübündə əlaxsus qeyd edilə biləcək nüanslardan biri də kapitalın həcmində olan artımdır. Ötən ilin sonu ilə müqayisədə bu ilin üçüncü rübündə bankın kapital həcmi 9.49% artaraq 135.610 milyon manat həcminə çatmışdır.

“Expressbank” ASC-nin cari ilin üçüncü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz və qeyri-faiz gəlirlərində də artım nəzərə çarpmışdır. Üçüncü rübdə bankın faiz gəlirləri 15.78% artaraq 35.624 milyon manat, qeyri-faiz gəlirləri isə 34.91% artaraq 13.605 milyon manat məbləğində qeydə alınmışdır. Xüsusilə qeyd etmək istərdik ki, qeyri-faiz gəlirlərində olan xarici valyutadan gəlir 102.65% artaraq 5.025 milyon manata çatmışdır.

Bütün qeyd edilən maliyyə göstəricilərini nəzərdən keçirərkən vurğuluya bilərik ki, “Expressbank” ASC-nin bu ilin üçüncü rübündə xalis faiz gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.29% faiz artaraq 28.365 milyon manat olmuşdur.

Həmçinin, “Expressbank” ASC-nin bu ilin üçüncü rübünün maliyyə göstəricilərinə əsasən I dərəcəli kapitalın adekvatlıq əmsalı 32.41%, məcmu kapitalın adekvatlıq əmsalı 36.48% və leverec əmsalı isə 27.28% təşkil edib. Əlavə olaraq qeyd etmək istərdik ki, bankın məcmu kapitalı üçüncü rüb üzrə 132.861 milyon manat həcmində olmuşdur. Bu göstərici Mərkəzi Bankın müəyyən etdiyi normadan 3 dəfədən çox olmuşdur. Bu da bankın maliyyə cəhətdən stabil və inkişafa meyilli olduğunun bariz nümunəsidir.

Özəlliklə qeyd etmək istərdik ki, iqtisadi və maliyyə sektorunda adekvatlıq, müştəri portfelinin artım tempinin inkişafı, gəlir potensialı və şəffaflıq kimi meyarlar üzrə dəyərləndirmə aparan beynəlxalq “Fitch Ratings” agentliyi “Expressbank” ASC-nin fəaliyyətinə yüksək qiymət verərək, bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.

“Expressbank” ASC hər zaman fəaliyyətini təkmilləşdirərək müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir. Ölkənin maliyyə və bank sektorunda bütün kateqoriyalar üzrə uğurlu, məhsuldar, yenilikçi fəaliyyətini davam etdirməkdən və müvəffəqiyyətlə irəliləməkdən məmnunluq duyur.

1 7

2 4

3 4

Son xəbərlər
Digər xəbərlər