Hər zaman müştərilərə təklif edilən xidməti yüksək səviyyədə saxlamağı və onların etibarlı tərəfdaşına çevrilməsini hədəfləyən Expressbank artıq faizləri endirərək, illik 17% -dən nağd pul krediti təklif edir. 25 000 AZN -dək təklif olunan nağd pul kreditinin ödəmə müddəti isə 48 ayadək uzadılıb. Bununla yanaşı bank müştərilərə əmək haqqının on mislində nağd pulu zaminsiz və girovsuz təklif edir.
Banka yaxınlaşan istənilən müştəri kreditini sürətli şəkildə rəsmiləşdirib elə həmin gün nağd pulunu əldə edir. Bununla yanaşı nağd pul kreditindən faydalanmaq istəyən, lakin iş saatlarında banka yaxınlaşa bilməyən müştərilər şənbə günləri saat 10.00 – dan 15.00- dək Bakıda Nəsimi və Əhmədli, Sumqayıt şəhərindəki filial, bölgələrdə isə Gəncə, Mingəçevir və Bərdə şəhərlərindəki filiallarda kredit sifarişlərini rəsmiləşdirə bilərlər. Həmçinin banka gəlmədən, vaxtına qənaət edərək online sifariş etmək də mümkündür. ( https://www.expressbank.az/loans/cash-loans linkinə keçid alaraq kredit sifarişini reallaşdırmaq mümkündür. )
Expressbank kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Müştərilər Expresspay ödəniş terminalları və www.expressbank.az saytında şəxsi kabinet vasitəsi ilə kreditlərini ödəyə bilərlər.
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.