Kommersiya bankı olan “Expressbank” ASC kredit məhsullarından biri “Asan” kredit məhsulunun yuxarı faiz həddini bir qədər də artırıb.
Bu barədə banker.az-a məxsus monitorinq qrupu bildirib.
Dövlət və ya sabit maliyyə durumuna malik olan özəl müəssisə və təşkilatların əməkdaşları üçün nəzərdə tutulan nağd pul kreditinin faiz dərəcəsinin yuxarı həddini 28%-dən 29%-ə qədər (48 ay üçün) artırılıb.
“Asan” kreditin minimum verilmə məbləği 300 manat, maksimum məbləği isə 20 000 manatdır. Hazırda kredit məhsulu 3 və 48 ay müddətinə verilir.