5 C
Baku
Saturday, December 14, 2024

Expressbank mikro kreditləri 70.000 AZN-dək artırdı ®

Pərakəndə və biznes bankçılıq sahəsində aparıcı banklardan olan Expressbank ölkədə sahibkarlığın inkişafına dəstək mə qsədilə mikro kreditlərin məbləğini 50.000 AZN- dən 70.000 AZN -dək artırdı. Yeni mövsümün şərtlərinə əsasən aşağı faizlərlə təklif edilən kreditin verilmə müddəti 42 ayadək uzadıldı. Bununla yanaşı Expressbank öz müştərilərinə bizneslərinin növünə görə xüsusi güzəşt müddəti də təklif edir. 

Mikro kreditləri əldə edən müştərilər üçün Expressbank filiala gəlmədən rahat ödəmə üsullarını da təqdim edir. Sahibkarlar www.expressbank.az saytında şəxsi kabinet, Expresspay terminalları və Express24 mobil əlavə vasitəsi ilə aylıq ödəniş məbləğini ödəyə bilərlər.  

Bankın təqdim etdiyi mikro kreditin yeni şərtləri barədə daha ətraflı və sifariş üçün link: https://www.expressbank.az/loans/micro-loans     

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank- ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.  

 

Son xəbərlər
Digər xəbərlər