10 C
Baku
Wednesday, December 11, 2024

Expressbank qanvermə aksiyası keçirib – FOTOLAR

®Expressbank ənənəvi olaraq könüllü qanvermə aksiyası keçirib.

Bankın təşəbbüsü ilə Mərkəzi Qan Bankının nümayəndələri Expressbank-ın baş ofisinə gələrək aksiyanın həyata keçirilməsinə dəstək olublar.

Həkim-hematoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlandıqdan sonra onlardan qan götürülüb. Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır.

Hal-hazırda ölkəmizdə 2000-dən çox insan talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkir. Korporativ sosial məsuliyyətə xüsusi diqqət ayıran Expressbank qanvermə layihələri təşkil etməklə xəstəliklə mübarizədə onlara daim dəstək olur.

Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər