9 C
Baku
Friday, December 13, 2024

“Expressbank” səhmdarlarına ₼12.5 milyonluq dividend ayırıb

İllərdir işini mənfəətlə aparan “Expressbank” ASC ilin ilk rübündə səhmdarlarına dividend ödəyiyini elan edib.

Banker.az xəbər verir ki, bankın dörd səhmdarına ödədiyi dividentin həcmi 12  milyon 408.9 min manatdır.

Bununla da bankın bölüşdürülməmiş mənfəəti 3 milyon 442 min manat təşkil edib.

Bu bir növ cari xalis mənfəətini kapital mövqeyinin güclü qalması üçün bölüşdürülməmiş mənfəətdə saxlaması və indiyə qədər kapitalında olan bölüşdürülməmiş mənfəəti isə səhmdarlarına yönəltmək deməkdir. Bankın bu qədər dividend ayırması həmçinin gələcək müddətdə gözlənilən xalis mənfəət potensialının yüksək olması ilə də əlaqəli ola bilər.

Bankın 2022-ci il üzrə açıqlamasına görə, 112.54 mln. manatlıq səhmlərinin 48.8%-i “AZENCO Group”a, 30.8%-i “EnerqoServis” şirkətinə, 20%-i Hafiz Seyidova və 0.4%-i isə dövlətə məxsus Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə aiddir.

Son xəbərlər
Digər xəbərlər