“Expressbank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək

20 iyul 2026-cı il tarixində, saat 16:00-da Bankın Bakı şəhəri, Xocalı prospekti 37 (Dəmirçi Plaza, 8-ci mərtəbə) ünvanında yerləşən ofisində “Expressbank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə daxil edilmiş məsələ aşağıdakıdır:

“Expressbank” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci maliyyə ilinin yekunları üzrə kənar audit tərəfindən təsdiqlənmiş hesabatına baxılması.

Gündəliyə daxil edilmiş məsələlərə aid materiallarla tanış olmaq üçün bankın yuxarıda qeyd edilən inzibati ofisinə müraciət edə bilərlər.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər