®Expressbank Bilik Günü münasibətilə ucqar kəndlərdə 1-ci sinfə başlayan şagirdləri məktəb ləvazimatı və məktəbli forması ilə təmin edib.
Belə ki, bank təhsilə dəstək məqsədilə başlatdığı “Aydın sabahlar” layihəsi çərçivəsində Qubanın 8 kəndi – Qonaqkənd, Cimi, Ördüc, Nütəh, Gömürdəhnə, Xaltan, Afurca və Utuqda birincilərə məktəb ləvazimatları və məktəbli forması təqdim edib.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” olması münasibətilə birincilərə təqdim olunan məktəb ləvazimatları arasında toxumlu qələm də olub. Belə ki, şagirdlər bu qələmləri istifadə etdikdən sonra torpağa basdırmaqla təbiətə öz yaşıl toxunuşlarını edə biləcəklər.
“Expressbank” ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
“Expressbank” – İşiniz rahat getsin!