9 C
Baku
Friday, December 13, 2024

“Expressbank”ın rəhbərliyində ciddi dəyişiklik baş verib

“Expressbank” ASC-nin rəhbərliyində ciddi dəyişiklik baş verib.  Bank sektorundan əldə edilən məlumata görə, bankın Müşahidə Şurasının sədri Fəxrəddin Bağırov təqaüd yaşının çatması ilə əlaqədar tutduğu vəzifədən ayrılıb.

Onu indiyədək İdarə Heyətinin sədri vəzifəsini tutan Emin Məmmədov əvəzləyəcək.

Eləcə də bax: Azərbaycan bankları martın 10-dək məktuba cavab verməlidir, Şura yaradılır

Mənbə qeyd edib ki, öz növbəsində E. Məmmədovu İlham Həbibullayev əvəz edəcək. İ.Həbibullayev indiyədək İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

“Artıq hüquqi prosedurların icrasına başlanılıb. Bu prosedurlar başa çatdıqdan sonra təyinatlar rəsmiləşəcək və ictimaiyyətə açıqlanacaq”, – deyə həmsöhbətimiz bildirib.

   Buna da bax- İddia: “MuğanBank bizim pulumuzu mənimsəyib”

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər