18 C
Baku
Wednesday, April 24, 2024

Expressbankın təqdim etdiyi fərqli kredit kartları

Banker.az banklarda olan maraqlı məhsulların araşdırılması və müştərilərin məlumatlandırılması prosesini davam etdirməkdədir.Bu gün ExpressBank haqqında söz açacağıq. Hazırda bank tərəfindən müxtəlif səpkili xidmətlər təqdim edilir. Bunlara misal olaraq, hesablaşma-kassa əməliyyatlarını, əlverişli depozit və kredit məhsullarını göstərmək olar. Lakin bir  məhsul qrupu var ki, Expressbankı bu sahədə bazarın şəksiz liderlərindən hesab etmək olar – bu kredit kart məhsullarıdır. Hal-hazırda Bank fiziki şəxslər üzrə iki fərqli kredit kart məhsulu ilə müştərilərin mənmuniyyətini təmin edir. Bu kartlar “Smilecard” və “Expresso” kartlarıdır.

“Smilecard” – hər yerdə istifadə oluna bilən taksit kartdır və 2 fərqli növü mövcuddur: 6%-lik kart və 12%-lik kart. Müştəri kartdan pulu nağdlaşdıra, İnternetdə onlayn alış-veriş edə və nağdsız ödənişlər həyata keçirə bilər. 6%lik kartda istifadə olunan məbləğin üzərinə 6%, 12% lik kartda isə 12% komissiya əlavə olunaraq müvafiq olaraq 6 aya və ya 12 aya bölünür. Bu proses avtomatik olaraq baş verir. Həmçinin bu dövr ərzində müştəri əlavə heç bir faiz ödəmir. Kart üzrə digər şərtlər aşağıdakı kimidir:

Məbləğ – 300 – 2 000 AZN;
Müddət – 48 ay;
Kartın qiyməti – Pulsuz;
Zamin – Tələb olunmur;
SMS – Banking – Pulsuz.
Aylıq nağdlaşdırma üzrə limit – kredit limitinin məbləği 500 AZN – ə qədər olduqda 150 AZN, 501 AZN və yuxarı olduqda 250 AZN.

“Expresso kart” – həm debet, həm də kredit xətti xüsusiyyətlərini özündə birləşdirən birt kartdır. Kart müştərilərə 4 fərqli dizaynda təqdim edilir.

Kartın əsas üstünlüyü 35 günədək faizsiz güzəşt müddətinə malik olmasıdır, belə ki Bank kartdan istər ATM vasitəsilə istərsə də nağdsız alışveriş zamanı istifadə edilən məbləğlər üzrə istifadə edildiyi tarixdən etibarən növbəti ayın 5-nə qədər faizsiz ödəniş möhləti verir.

Kartın digər üstünlüklərindən biri isə depozit funskiyasıdır – bu funksiya kartdakı qalıq vəsaitə illik 3% olmaqla gəlir əldə etmək imkanı yaradır.

“Expresso kart” MasterCard Standard Contactless tipli olduğundan ödəniş zamanı kartı POS-terminala daxil etmədən və PİN-kodu yığmadan, sadəcə  terminala yaxınlaşdırmaqla məsafədən ödənişin (20 AZN-dək) aparılması mümkündür.

Kart üzrə digər şərtlər aşağıdakı kimidir:

Məbləğ – 500 – 3 000 AZN;
Müddət – 48 ay;
Kart üzrə xidmət haqqı – 5 AZN;
Kredit kartı üzrə illik faiz dərəcəsi – 28%;
Zamin – Tələb olunmur;
SMS – Banking – Pulsuz.

Həmçinin qeyd etmək istərdik ki, Expressbank-ın bütün plastik kart sahibləri kimi “Smilecard”“Expresso kart” sahibləri də avtomatik olaraq “ExpressClub”– a üzv olurlar. Klub üzvləri ölkədaxilində plastik kartlarından POS-terminal vasitəsi ilə ödəniş edərkən tərəfdaş və digər ticarət/əyləncə mərkəzlərində xərclədikləri vəsaitin 20%-dək hissəsini “cashback” (karta geri ) alırlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər