8 C
Baku
Friday, December 13, 2024

“ExxonMobil” və “Chevron” mümkün birləşməni müzakirə ediblər

Amerikanın ən böyük iki neft istehsalçısının rəhbərli bu ilin əvvəlində “Exxon” və “Chevron”un birləşməsi ilə bağlı ilkin danışıqlar üçün görüşüblər.

Bu barədə Banker.az “Forbes.ru”a istinadən xəbər verir.

Buna baxmayaraq, tərəflər danışıqları davam etdirmək niyyətində olmadıqlarını bildiriblər.

Ekspertlərin sözlərinə görə, bu, tarixdəki ən böyük birləşmə ola bilər. Belə ki, qiymətləndirmələrə görə, “Exxon” və “Chevron”un bazar dəyəri müvafiq olaraq 190 və 164 milyard dollar təşkil edir. Şirkətlər bunu şərh etməkdən imtina ediblər.

Mənbələrdən verilən məlumata görə, danışıqlar “Exxon”un baş direktoru Darren Vuds və “Chevron”un baş direktoru Mayk Virt arasında aparılıb. Danışıqlar zamanı mümkün birləşmə prosesinin hüquqi tərəfləri müzakirə edilib. Müzakirənin nə ilə başa çatdığı barədə heç bir məlumat yoxdur.

Media neft şirkətlərinin mümkün birləşməsi barədə aparılan danışıqların Covid-19 pandemiyası başlayanda və neft qiymətləri düşəndə yanacaq-enerji kompleksi liderlərinin üzləşdikləri təzyiqdən xəbər verdiyini yazır. Qeyd edək ki, “Exxon” və “Chevron” neft şirkətləri arasında birinci və ikinci sırada yer alırlar.

Son xəbərlər
Digər xəbərlər