“PAŞA Bank”ın Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası A.Ş.” 2017-ci ildə audit hesabatlarının hazırlanması ilə məşğul olacaq şirkəti müəyyənləşdirib.
“Ernst&Young” beynəlxalq audit şirkəti “PAŞA Yatırım Bankası A.Ş.”nin 2017-ci il üzrə maliyyə göstəricilərinin auditini aparacaq.
Qeyd edək ki, “PAŞA Yatırım Bankası A.Ş.”nin İdarə Heyətinin bu ilin martın 31-də keçirdiyi iclasda audit şirkətinin seçilməsi məsələsi yekdilliklə qəbul olunub.