7 C
Baku
Sunday, December 15, 2024

Eydzi Toyoda-nın arzusu

Eydzi Toyoda “Toyota Motors” şirkətinin yaradıcılarından biridir. 101 yaşında dünyasını dəyişən bu şəxs öz fəaliyyəti ilə həyatda yalnız pul üçün deyil, dahi ideya uğrunda da zəhmət çəkməyin nə demək olduğunu izah etmişdir.

O öz ömrünün 64 ilini Toyota şirkətinə həsr etmişdir. O burada avtomexanik vəzifəsindən başlamış, öz fəaliyyətini direktorlar şurasının sədri olaraq başa vurmuşdur. Beləliklə də, öz arzusunu reallaşdırmış olmuşdur.

Bütün dövrlərdə yaxşı avtomobilə sahib olmaq bir kişinin cəmiyyətdəki statusunun göstəricisi idi. Hazırda da, şəxsi inkişaf mütəxəssisləri yeni-yeni uğurlara nail olmaq üçün avtomobil almaq və yaxud onu yenisi və daha dəbdəbəlisi ilə əvəz etməyi məsləhət görürlər.

Eydzi Toyoda da Toyota şirkətinin premium sinifi avtomobilləri istehsal etməsinə nail olduğu an belə uğura sahiblənmişdir.

Qısası, ideya təklif edildikdən sonra onun reallaşdırılmasına qdər bir neçə il tələb olunur. Direktorlar şurası Eydzi-nin təklifinə qulaq assalar da, bu məsələlərə diqqətlə yanaşırdılar. İlk mərhələdə ümumi tərkibi 1000-dən çox nəfər olan ən yaxşı dizayner və mühəndislərdən ibarət komanda yaradılır. Bu komanda qarşısında məqsəd qoyulur: onu idarə edən zaman sahibinə əsl məmnunluq qazandıran, bütün Avropa və Amerikada olan avtomobilləri geridə qoyan və bununla yanaşı çox da baha olmayan dəbdəbəli avtomobil yaratmaq. İlk pilot layihəsi isə F1 adlandırılır.

Burada F – “flagship” – flaqman, 1 rəqəmi isə öz növünün premium sinfi olan sedan demək idi.

Lexus-un “dünyaya gəlməsi”

Gərgin və zəhmətli işin bəhrəsi olaraq 1989-cu ilin yanvarında Toyota şirkətinin yeni brendi olan Lexus-un iki modeli LS400 və ES250 nümayiş etdirilir. Bu avtomobillər maşın həvəskarları dünyasında əsl sensasiyaya çevrilir və Toyota şirkətini avtomobil istehsal edən və satan dünya liderləri olan şirkətlər arasında zirvələrə qaldırır.

Son xəbərlər
Digər xəbərlər