9 C
Baku
Friday, December 13, 2024

Eynşteynin qeyri-nisbiliyi…

Bir dəfə Albert Eynşteyn Çarli Çaplin ilə olan şəxsi yazışmasında yazmışdı: “Sizin “Qızıl hərisliyi” filminizi bütün dünya tanıyır. Və siz tezliklə dahi insan olacaqsınız”. Çarli Çaplin isə ona cavabında belə bildirmişdi: “Mən sizə daha çox heyranam. Sizin nisbilik nəzəriyyənizi dünyada heç kim başa düşmür. Siz isə onsuzda dahi insan oldunuz”.

Aşağıda sizə dahi fizikin ən maraqlı və özünəməxsus deyimlərini təqdim edirik:

– Sonsuz olan yalnız kainat və insanın axmaqlığıdır. Gərçi birinci ilə bağlı şübhələrim var.

– Gənclikdə belə müəyyən etdim ki, ayağın baş barmağı tez və ya gec corabda deşik açacaq. Buna görə də mən corab geyməkdən imtina etdim.

– Hər şey çox sadədir. Hər bir insan belə hesab edir ki, bunu etmək mümkün deyil. Lakin elə bir cürətli insan tapılır və bununla razı olmadığını elan edir.

-. Digər insanlar üçün yaşanılmış həyat daha dəyərlidir.

– Əgər üç saatdan sonra öləcəyimi bilsəm bu məni çox təəccübləndirməz. Bu üç saatdan necə yaxşı şəkildə istifadə etməyi düşünərdim.

– Xoşbəxt həyat yaşamaq istəyirsinizsə insanlara və əşyalara deyil, məqsədə bağlı olmalısınız.

– İnsan həyatı yalnız başqalarının həyatını gözəl və nəcib edən zaman böyük bir məna daşıyır. Həyat müqəddəsdir.

– Sağlam düşüncə – 18 yaşına qədər əldə edilmiş ön mühakimələrin sayıdır.

– İnsanın əsl dəyəri – onun eqoizmdən nə qədər azad olmasın və buna hansı vasitələrlə nail olması ilə müəyyən edilir.

– Dahiliyə aparan yalnız bir yol var. Bu yol isə əzablardan keçir.

– Hər bir insan bəşəriyyətdən aldığı qədərini də ona qaytarmalıdır.

– Kor bir böcək kürə üzərində hərəkət etdikdə, yolun sonunun olmadığını və daim dövr etdiyinin fərqində deyil. Mənim bunu anlamaq şansım oldu.

– Sülhü güc ilə əldə etmək olmaz. Buna yalnız anlayışla nail olmaq olar.

– Millətçilik – uşaq xəstəliyidir. Bu bəşəriyyətin qızılcasıdır.

– Heç bir çoxsaylı eksperimentlərlə nəzəriyyəni sübut etmək mümkün deyil. Lakin onu rədd etmək üçün bir eksperiment kifayətdir.

– Əxlaq – bütün insani dəyərlərin əsasıdır.

– Sabitlik axmaqlara lazımdır, axı dahi özü xaosu idarə edir.

Son xəbərlər
Digər xəbərlər