Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi sərəncam imzalayıb.
Qeyd edək ki, Bəylər Eyyubov 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdi.
Prezidentin bugnkü fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib. Bu ləğvetmədən sonra yerinə, 3 qurum yaradılıb. Ətraflı