6 C
Baku
Sunday, December 15, 2024

Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı 44% artıb

2024-cü ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1.522.750 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8 faiz, o cümlədən fiziki şəxslərin sayı 8 faiz (və ya ümumi artımın 86,7 faizi), hüquqi şəxslərin sayı isə 8,4 faiz (və ya ümumi artımın 13,3 faizi) artıb.

Banker.az xəbər verir ki, 2024-cü ilin yanvar ayı ərzində 720 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 66,1 faizi elektron qaydada, 33,9 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 628-i (87,2 faiz) yerli investisiyalı, 92-si (12,8 faiz) xarici investisiyalıdır.

Yanvar ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 1.699 vahid təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 44 faiz artıb.

Fevral ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 76 faiz təşkil edib.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2024-cü ilin yanvar ayında 73 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 10,1 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 11,7 faiz təşkil edib.

Ümumiyyətlə, yanvar ayında icra olunmuş elektron qeydiyyat ərizələrinin 403-ü və ya 84,7 faizi Asan imza vasitəsilə təqdim olunub.

Son xəbərlər
Digər xəbərlər