Fələstin-İsrail münaqişəsi bölgəsində atəşkəs saat 23:30-da qüvvəyə minib.
Bu bardə “Al Jazeera“ telekanalı məlumat yayıb.
Atəşkəs Misirin vasitəçilik səyləri sayəsində əldə edilib.
İslami Cihad radikal qruplaşmasının lideri Ziyad Nahhalanın sözlərinə görə, hazırlanmış razılaşmada heç bir gizli bənd yoxdur.
Nahhala bildirib ki, Misir vasitəçisinin İsraildən iki İslami Cihad komandiri -əsir Xəlil əl-Avaridə və Bəssam əl-Əsədini azad etməsinə dair vədi müqabilində atəşkəsə razılaşıb.