13 C
Baku
Saturday, May 4, 2024

Fərdi sahibkar Azərbaycana 42 milyon dollara yaxın gəlir gətirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın dekabr sayında qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-noyabr aylarında həyata keçirilən ixracla bağlı qeyri-dövlət ixracatçı subyektlərin reytinqi tərtib edilib.

Banker.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alıb.

Fiziki şəxs Şirinov Elvin Valeh oğlu 41.5 milyon dollarlıq ixracı ilə 2022-ci ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə özəl ixracatçı subyektlərin reytinqində 5-ci yeri tutub. Ötən il onun ixracı sıfır səviyyədə idi.

Qeyd edək ki, Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər