Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Sanksiyalara məruz qalanlar arasında Azərbaycan əsilli iş adamları da var.
Belə ki, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovla bərabər azərbaycanlı milyarder Fərhad Əhmədov da Britaniyanın sanksiyalarına tuş gəlib.
Qeyd edək ki, Britaniya Ukraynada davam edən müharibə ilə bağlı Rusiyada 200-dən çox şəxsə sanksiya tətbiq edib.