11 C
Baku
Wednesday, December 11, 2024

Fəxrəddin Altun ilə Hikmət Hacıyev telefonla danışdı

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Hikmət Hacıyevlə telefonla danışdı.

Banker.az xəbər verir ki, Fəxrəddin Altun dezinformasiya ilə mübarizədə başda olmaqla, hər sahədə Azərbaycana dəstək verəcəklərini bildirdi.

“Azərbaycana Ermənistanın Dağlıq Qarabağın qanunsuz işğalına son qoymağa çalışdığı bu dövrdə, xüsusən dezinformasiya ilə mübarizədə dəstəyimizi davam etdirəcəyik.” deyə Fəxrəddin Altun qeyd edib.

Hikmət Hacıyev isə “Ölkələrimizə qarşı qara təbliğat və dezinformasiya ilə mübarizə aparmaq üçün dostum Fəxrəddin Altunla birgə addımları və əməkdaşlığı nəzərdən keçirdik. Azərbaycan-Türkiyə Media Platforması səylərimizi gücləndirmək üçün əhəmiyyətli bir təşəbbüs olacaq “dedi.

Son xəbərlər
Digər xəbərlər