2 C
Baku
Sunday, December 15, 2024

Faəliyyət iflici: Bir yerdə ilişib qalanda nə etməliyik?

Bu, aşağıdakı hallarda baş verə bilər:

  1. a) nə istədiyimizi bilmirik və buna görə “ləngiyirik”
  2. b) çıxılmaz vəziyyətdə olduğumuzu başa düşürük
  3. c) uzun bir yola çıxmaqdan və ya böyük işə başlamaqdan çəkinirik

Nə etmək lazımdır?

1. Qarşınıza məqsəd qoyun

İnsan qələbədən həvəslənir. Qalib gəlməyi bacaranda, özümüzü sevməyə başlayırıq: özünə qalib gələndə, karyerada qalib gələndə, çox mürəkkəb işin öhdəsindən gələndə. Buna görə iflicdən çıxmağın ən asan yolu – qarşına məqsəd qoymaqdır. Bu, beynin fəaliyyətini stimullaşdırır, özünəgüvəni gücləndirir, enerji verir. Bəzən yerindən tərpənmək üçün bir təkan lazımdır – həyatınızı özünüz idarə etdiyinizi hiss etməyə kömək edəcək hər bir şey.

2. Nəyisə MÜNTƏZƏM şəkildə etməyə başlayın

Mənim bir tanışım var. O, bir neçə il əvvəl hər şeyini itirdi: biznesi çökdü, ailəsi dağıldı, içməyə başladı.

“Mən başa düşdüm ki, özümə söz verməliyəm: nəyisə etməyə başlamalıyam! Və etdim də. Bundan sonra hər səhər və axşam dişlərimi fırçalamaq”, – dostum mənə dedi.

Dişləri fırçalamağın ardınca səhər idmanı etmək, nöqteyi-nəzərini dəyişdirəcək kitablar oxumaq kimi faydalı vərdişlər gəldi. Sadəcə başlamaq lazımdır!

3. Özünəgüvən hissini gücləndirən şeyləri edin

Sizcə, həyatınızdakı ən önəmli insan kimdir? Əlbəttə ki, özünüz. Mən həmişə insanlara özünə “Nə vaxt özümü əlaçı hiss edirəm?” sualını verməyi tövsiyə edirəm. Məsələn, dizayner dostumun siyahısı belə olmuşdur: “Mən özümü əlaçı hiss edirəm: gözəl görünəndə; valideynlərimə kömək edəndə; mürəkkəb işin öhdəsindən gələndə; idmanla məşğul olanda; düzgün qidalananda”. Öz siyahınızı qurun və sizə özünüzü əlaçı hiss etməyə kömək edən işləri edin.

4. Aydınlıq gətirin

1-ci, 2-ci və 3-cü punktlar sizi enerji ilə təmin edəcəkdir. Siz nə istədiyinizi başa düşməlisiniz! Enerji əldə etdiniz, bəs sonra? Əminəm ki, fəaliyyət istiqamətinizə aydınlıq gətirsəniz, işinizdən zövq alacaqsınız. Hansı peşələr sizin diqqətinizi çəkir? Ağlınıza gələn hər bir şeyi yazın. Məsələn, stomatoloq işləyən bir qadın mənə dedi ki, həyatının mənasını tatu ustası olmaqda görür. Və o, onlardan biri oldu.

5. Getdiyiniz yolu tam şəkildə görməyə çalışmayın

Bir çox insan qabaqcadan yolunu tam görmədikləri üçün irəliləməyə qorxur. Lakin “uğur hekayələri” bizə bunu göstərir: heç kim əvvəlcədən haraya çatacağını bilməmişdir. Siz “Google” un necə yarandığını bilirsiniz? Larri Peyc və Sergey Brin Stenford elektron kitabxanasının işçiləri idilər və onların qarşısına qoyulan əsas vəzifə onlayn axtarış funksiyasını yaratmaq idi. Belə-belə “Google” yarandı. Bu necə baş verdi? İndi demək çətindir.

Bu, supermarketdəki avtomatik qapılar kimidir: yaxşınlaşmasan üzünə bağlı qalacaqlar. Qapını açmaq üçün irəli addım atmaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər