Almaniyanın Federal Ədliyyə Departamenti “Facebook Ireland Limited” şirkətini 2 milyon avroya cərimələyib. Qeyd edək ki, “Facebook Ireland Limited” şirkəti “Facebook” un ABŞ və Kanada hüdudlarından kənarda fəaliyyətinə məsuliyyət daşıyır.
Banker.az xəbər verir ki, cərimə cəzasının tətbiqi sosial şəbəkələrin qorunması haqqında qanunun pozulması ilə əlaqədar olmuşdur.
Almaniyanın Federal Ədliyyə Departamenti, “Facebook” şirkətini qeyri-qanuni məzmunla əlaqəli olan hesabatın yayılması qaydalarını pozduğu üçün cəzalandırıb.
2018-ci ilin birinci yarısına dair olan hesabat, qeyri-qanuni məzmunla bağlı şikayətlərin faktiki sayını əks etdirmir. Almaniya qeyri-qanuni məzmuna dini və ya etnik qruplar arasında düşmənçiliyin yaranmasına səbəb olan antisemist materiallar da aid olunur.
Xatırladaq ki, sosial şəbəkələrin qorunması haqqında qanun 2017-ci ildə iyun ayının 30-da qəbul olunub. Bu qanun “Facebook” və ya “Twitter” kimi iri platformaları qeyri-qanuni kontenti silməyə məcbur edir.
Eyni zamanda bu qanun sosial şəbəkələri altı aydan bir “şəffaflığa dair hesabat” verməyə məcbur edir. 2018-ci ilin birinci yarısında şikayətlərin sayı 886 olmuşdur, onlardan 362 silinmiş və ya bloklanmış mesajlara aid olub.
“İnternet şirkətləri üçün özünüidarəetmə dövrü başa çatıb, – deyə Böyük Britaniyanın mədəniyyət naziri bildirib.
Gələcəkdə sosial şəbəkələr və internet şirkətləri üçün “davranış məcəlləsinin” yaradılması planlaşdırılır. Yaradılacaq qurum qeyri-qanuni məzmunun yayılması və qeyri-qanuni malların satışı ilə məşğul olan saytlarla mübarizə aparacaq. Tənzimləyicinin əsas səlahiyyətlərindən biri cərimə cəzasını tətbiq etmək hüququnun olmasıdır. Cərimənin məbləği şirkətin gəlirinin 4%-ni təşkil edəcək.
“Facebook” a gəldikdə, şirkət ABŞ-ın Federal Ticarət Komissiyasının konfidensiallığını pozduğuna görə 3 milyard dollar cərimə ödəməli olacaqdır.
Cərimə “Facebook” un mənfəətinə mənfi təsir göstərib. Rübün nəticələrinə görə şirkətin gəliri 51% azalaraq 2,429 milyard dollara düşüb. Xatırladaq ki, ötən ildə bu rəqəm 4,988 milyard dollar təşkil edib.