“Facebook” şəxsi məlumatları daha rahat idarə etmək üçün yeni funksiya yaradıb. Banker.az zəbər verir ki, bu funksiya istifadəçilərə köhnə paylaşımları tək-tək və ya qrup halında gizlətməyə imkan verir.
İstifadəçi bu və ya digər paylaşımı digər insanlardan gizlətmək üçün onu arxivə əlavə edə biləcək. Paylaşımı tamamilə silmək üçün onu səbətə sürüşdürmək lazımdır. Səbətə daxil etdiyini paylaşımlar orada 30 gün saxlanılacaq, sonra isə avtomatik silinəcək.
Bir neçə paylaşımı arxivləşdirmək və ya silmək üçün filtrdən istifadə etmək olacaq – konkret tarixdə və konkret tipdə (mətn, foto, video) yayımlanan paylaşımlar.
Qeyd edək ki, yeni funksiya sosial şəbəkənin yalnız mobil versiyası üçün əlçatandır. Bir müddətdən sonra onun “Facebook Lite” və saytın özünə əlavə edilməsi planlaşdırılır.