-3 C
Baku
Sunday, December 15, 2024

“Facebook” istifadəçilərinin məlumatlarını dost şirkətlərə satırmış

Facebook özünə dost şirkətlərə istifadəçilərin məlumatlarına girişi açır, rəqiblərinə bağlayırmış. Sosial şəbəkənin rəhbərliyində belə girişin satışı imkanı ciddi şəkildə müzakirə edilirmiş, məxfiliyin qorunması ilə bağlı açıqlamalarla isə şirkət özünün  bazardakı güclənən mövqeyini pərdələyirmiş.

KİV-ə istinadən, söhbət 2011-ci ildən 2015-ci ilədək olan dövr üçün dörd min səhifəlik e-poçtdan, işgüzar danışıqlardan, təqdimatlardan, iclaslar barədə hesabat kitablarından və s. gedir. Onları Britaniya jurnalisti, Beynəlxalq konsorsiumu yaradanlardan biri-Dunkan Kempbell anonim mənbələrdən əldə edib. O həmin  materialları NBC News və Computer Weekly and Süddeutsche Zeitung-lə bölüşüb.

Məlumatların təxminən onda biri artıq yayımlanıb, bəzi sənədlər isə istifadəçilərin məlumatlarının Cambridge Analytica ötürülməsini araşdıran Britaniya parlamenti tərəfindən öyrənilir. Ancaq bu itki, nəşrin qeyd etdiyi kimi, “kritik dövrdə, nə vaxt ki, şirkət var gücü ilə çətin debütdən sonra smartfonların miqdarının artmasına uyğunlaşmağa çalışırdı”, Facebook-un fəaliyyətinin dəqiq və tam təsvirini müəyyən edir,

Sənədlərdən nə məlum olur?

Kempbellin aldığı materiallar göstərir ki, Mark Zukerberq və Facebook-un başqa menecerləri istifadəçilərin şəxsi məlumatları, o cümlədən əlaqələri və dostları haqqında məlumat və şəkillərdən necə istifadə ediblər. Məsələn, əgər istifadəçi öz profilini və hesabını tamamilə bağlayırdısa, onun məlumatları yalnız onun özünə əlçatan olmalı idi, amma faktlar göstərir ki, həmin proqramları eyni vaxtda üçüncü tərəf də alırmış… Yazışmalarda Facebook əməkdaşları etiraf ediblər ki, istifadəçinin qoyduğu məhdudiyyətləri pozmağa üçüncü tərəfə niyə icazə verildiyini anlamırlar.

Facebook-da nə deyirlər…

Prosesdə, Facebook-un hüquqşünasları təqdim olunan sənədləri şərh edərək, şirkətin məlumatları pulla satma imkanının araşdırıldığını etiraf ediblər, ancaq onu da bildiriblər ki, bu yalnız biznes-modellərin müzakirəsindən ibarət olub və heç bir həlledici rol oynamayıb. Onların dediklərinə görə, startapın nümayəndələri sənədlərin yalnız bir hissəsini alıblar və bu seçmələrdən qeyri-obyektiv mənzərə formalaşır.

Sosial şəbəkə, istifadəçilərin məlumatlarına kənar proqramların girişi üçün ödəməni sənədlərə əsasən, pulla və ya reklam müqavilələri, ya da  məlumat mübadiləsi haqda razılaşmalar bağlamaqla götürmək istəyib. Yekunda isə şirkət məlumatları birbaşa satmamağa qərar verib, amma onları proqramları hazırlayanlarla, hansılar ki, Zukerberqin “dostları” sayılırdılar və Facebook-a pul xərcləyib öz dəyərli məlumatlarını ictimai şəbəkəyə ötürürdülər, bölüşə bilirdi,- NBC News yazır…

Halbuki bütün bu müddət ərzində Zukerberq deyirdi ki, şəxsi məlumatların qorunması şirkət üçün prioritetdir. Cambridge Analytica ətrafındakı qalmaqaldan sonra şirkət iddia edirdi ki, istifadəçilərin məlumatlarını, onları vicdansız siyasi oyunçulardan, spamdan və ya şübhəli layihələrdən qorumaq üçün bağlayıb. Eyni zamanda, şirkət reklama çox pul xərcləyənlərə və ya top-menecerlərin şəxsi tanışlarına üstünlük verdiyini də inkar edirdi…

Lakin yeni sızıntılar Facebook-un uzun illər ərzində istifadəçi məlumatlarına çıxış üçün pul yığmağı planlaşdırdığını və belə bir təklifin Zukerberq, əməliyyat direktoru Şeril Sandberq, istehsal üzrə direktor Koks Kris və inkişaf üzrə vitse-prezident Havyer Olivana daxil olmaqla, yüksək səviyyəli menecerlər tərəfindən təsdiq edildiyini sübut etdi.

2015-ci ildə Facebook tərəfdaşların bu istifadəçilərə çıxışını məhdudlaşdırdıqda, həmin məlumatlardan asılı olan minlərlə rəqib və kiçik şirkət əziyyət çəkdi. Bəzi işçilər məlumatların istifadəsi üzrə belə strategiyanı qınadılar. Məsələn, baş istehsalçı Devid Poll partnyorlarla şirkətin bu cür davranışını “bir qədər qeyri-əxlaqi” adlandırdı. Sənədlərdən bəlli olur ki, başqaları, istehsal üzrə direktor Daq Pardi də daxil olmaqla, Zukerberqi “manipulyasiyalar ustası” hesab ediblər.

Facebook-a istifadəçi məlumatlarına dair siyasətinə görə qanun pozuntusu ilə bağlı ittiham irəli sürülməyib. Bununla belə, NBC qeyd edir ki, o, antiinhisar haqda qanunları pozduğuna görə ittiham oluna bilər.

Onu da qeyd edək ki, fevral ayında ABŞ Federal Ticarət Komissiyası informasiya texnologiyaları sahəsində rəqabət mühitinin qorunmasına nəzarət emək üçün işçi qrupunun yaradıldığını bəyan edib…

Virtual Azərbaycan

 

Son xəbərlər
Digər xəbərlər