21 C
Baku
Thursday, April 25, 2024

Facebook-un satış şöbəsi inkişaf şöbəsi ilə yeməkxanaya ayaqqabı ilə getdikləri üçün “döyüşüb”

2015-ci ildə satış şöbəsi və Facebook qurucuları ictimai yerlərdə ayaqqabı ilə getmək üstündə mübahisə ediblər. Qarşıdurmanın hekayəsi CNBC tərəfindən izah edilmişdir.

Banker.az bildirir ki, nəşrdə Facebook-un iki hissədən ibarət olduğu izah olunur: Mark Zuckerberq idarə etdiyi mühəndis şöbəsi və Cheryl Sandberg tərəfindən idarə olunan satış şöbəsi.

CNBC-nin keçmiş Facebook işçiləri bildiriblər ki, tərtibatçılar rahatlıq və sakitliyi sevirlər, satıcılar isə adətən çox səs-küylü olurlar. Facebook ofislərinin əksəriyyətində onlar nadir hallarda bir-biri ilə rastlaşırlar, lakin Nyu-Yorkda onların ümumi yeməkxanaları var.

New Yorkda Facebook satış menecerləri tez-tez öz müştərilərini kafeteriyaya dəvət edirdilər. Lakin, tərtibatçıların yeməkxanaya ayaqqabısız gəlib-getməsi, buna maneə olurdu.

Satış menecerlərdən biri bildirmişdir ki, yeməkxana da şirkətin “peşəkar mühitinə” daxildir. Belə ki, burada Facebook müştəriləri tez-tez otururlar.

Mübahisə “Shoegate” adının almışdır. Facebook özü bu məsələ ilə bağlı şərh bildirməkdən imtina edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər