22 C
Baku
Thursday, April 25, 2024

Facebook “WhatsApp” messencerində ödəniş xidmətinin hazırlanması üzərində işləyir

“Facebook” sosial şəbəkəsi “WhatsApp” messencerində ödəniş xidmətinin hazırlanması üzərində işləyir.  Yeni funksiyanı Böyük Britaniyanın ərazisində sınaqdan keçirmək planlaşdırılır.

“WhatsApp” sözügedən layihənin işə salınması üçün təxminən 100 mühəndis-proqramçı işə götürəcək. Əməkdaşların bir hissəsi Londonda, digər hissəsi “Facebook”un Dublindəki mənzil-qərargahında işləyəcək.

“WhatsApp” mobil və başqa platformalar üçün səs və videorabitə texnologiyasını dəstəkləyən populyar pulsuz mesajlaşma sistemidir. 2014-cü ildə “Facebook” şirkəti “WhatsApp”ı satın alıb.

©İctnews

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər