22 C
Baku
Friday, May 31, 2024

Faffing-dən azad olmağa çalışın!

Faffing — nəticəsiz fəaliyyət göstərmək incəsənətidir. Faffing sözü ingilis dilində “faff” – nə isə mütəşəkkil olmayan bir işlə məşğul olmaq mənasını verir. Bu sindrom bizi biznesdə, məişətdə və şəxsi həyatımızda izləyə bilər.

Burada istənilən qədər nümunə gətirmək mümkündür. Məsələn, lazımsız bir informasiyanı axtarmaq üçün uzun müddətli zamanınızı internetdə keçirirsiniz. Yaxud kiçik bir məqalə üzərində işlədiyiniz vaxt gərəksiz zənglər, elektron yazışmalar və yaxud qəlyənaltılar sizi işinizdən yayındırır.

Bəz faffing-dən necə xilas olmaq olar?

1. Nəticələri elan edin: hər bir insan tapşırığı həll edərkən öz məqsədlərini bilir, lakin bununla belə bunu özünüzə tez-tez təkrar edin. İşi bitirdikdə isə “Bitdi, mən bunu etdim” deyin.

2. Fikrinizi yayındıracaq hər bir şeydən – televiziya, radio, sosial şəbəkədən uzaq olun.

3. Real müddətlər təyin edin: bütün bir günü hər hansı bir işin yerinə yetirilməsinə sərf etmək düzgün deyil.

4. Öz zamanınızı nəzərdən keçirin: bu əlavə stimul olacaq.

5. Vaxtında yerinə yetirdiyiniz işə görə özünüzü mükafatlandırın: kinoya gedin və ya özünüzə sevdiyiniz bir kitabı alın.

Zaman qiymətsizdir, bunu unutmayın və zamanınızı boşa xərcləməyin.

Son xəbərlər
 ⁠
Digər xəbərlər