Hər birimizə artıq çoxdan tanış olan bu anlayışa psixoloqlar yalnızca indi təyinat vermişlər. Faffing dedikdə — nəticəsiz fəaliyyət göstərmək incəsənəti başa düşülür. Faffing sözü ingilis dilində “faff” – nə isə mütəşəkkil olmayan bir işlə məşğul olmaq mənasını ifadə edir . Bu anlayış bizi həyatımızın istənilən sahəsində, xüsusilədə biznesdə, məişətdə və şəxsi həyatımızda izləyə bilər.
Şəxsi həyatımız ilə bu sindromu əlaqələndirən sonsuz sayda nümunə gətirmək mümkündür. Məsələn, lazımsız bir informasiyanı axtarmaq üçün zamanımızın böyük və qiymətli bir hissəsini internetdə axtarış apararaq keçiririk. Yaxud kiçik bir məqalə üzərində işlədiyiniz vaxt gərəksiz zənglər, elektron yazışmalar və yaxud qəlyənaltılar bizi işimizdən asanlıqla yayındırır.
Nəticədə isə, sıfıra bərabər nəticəyə sahib olduğumuz halda “nə qədər çox iş gördüm” təəssüratı yaranır. Bu zaman özünüzə “Axı bayaqdan işləyirəm, nəyə görə heç bir iş yerinə yetirilməmiş olaraq qalır?” sualı ilə müraciət etsəniz, bilin ki, bunun cavabı məhz faffingdir.
Bəs faffing-dən necə xilas olmaq olar?
1. Nəticələri elan edin: hər bir insan tapşırığı həll edərkən öz məqsədlərini bilir, lakin bununla belə bunu özünüzə tez-tez təkrar edin. İşi bitirdikdə isə “Bitdi, mən bunu etdim” deyin. Bunun köməkliyi ilə işlədiyiniz zamanı nə dərəcədə effektiv sərf etdiyinizin şahidi olacaqsınız.
- Fikrinizi yayındıracaq hər bir şeydən – televiziya, radio, sosial şəbəkədən bacardığınız qədər uzaq olun.
- Real müddətlər təyin edin: bütün bir günü hər hansı bir işin yerinə yetirilməsinə sərf etmək düzgün deyil. Həll edilməsi çətin olan tapşırıqları kiçik hissələrə bölün və onların icrası üçün konkret zaman ayırın. Bununla gözünüzdə böyütdüyünüz işin stressindən də qurtulmuş olacaqsınız.
4. Öz zamanınızı nəzərdən keçirin: bu əlavə stimul olacaq. Tapşırıqların icrası üçün təyin etdiyiniz zamanı kiminsə və yaxud nəyinsə “oğurlamasına” icazə verməyin. Bununla tapşırığı öz günahınızdan yerinə yetirmədikdə təqsirləndirəcək heç kimi tapmayacaqsınız.
5. Vaxtında yerinə yetirdiyiniz işə görə özünüzü mükafatlandırın: kinoya gedin və ya özünüzə sevdiyiniz bir kitabı alın.
Zaman qiymətsizdir, bunu unutmayın və zamanınızı boşa xərcləməyin.