Dünyanın aparıcı otellər qrupu olan “Akkor” Corc Qançevin “Feyrmont Baku, Fleym Tauers” hotelinin baş meneceri təyin olunduğunu elan edib.
Bu barədə “PR – Akkor Nyu İst Yeurop” məlumat yayıb.
Baş menecer kimi Corc “Feyrmont Baku”nun 5 ulduzlu lüks hoteli Fleym Tauers”in ən yüksək brend standartlarına uyğun fəaliyyətinə nəzarət edəcək. Onun vəzifələrinə hotel komandasını idarə etmək, qonaqların məmnunluğuna diqqət yetirmək və işçilər üçün “Heartist” proqramını hazırlamaq daxildir.
Fransız biznes məktəbinin məzunu olan Corc “Kempinski” ilə Yaxın Şərq, Tanzaniya və Şimali Avropada uğurlu karyera qurub və 2017-ci ildən “Bleyzon Hotels” nəzdində “Ajman Hotel”in baş meneceri vəzifəsində çalışıb.
“Feyrmont Baku, Flame Tauers” komandasına qoşulmaq və bu heyrətamiz layihənin bir hissəsi olmaqdan şərəf duyuram. Əminəm ki, biz birlikdə qonaqlarımıza Bakıya səfər etmək kimi unudulmaz təəssürat yarada, onlara parlaq təəssürat və qüsursuz xidmət bəxş edə biləcəyik”, – deyə Corc Qançev təyinatını şərh edir.