Banker.az monitorinq qrupunun yeni ildə ilk araşdırma mövzusu əmanət məhsulları haqqındadır. Bildiyimiz kimi, Banklar əmanətçilərə əmanət üzrə hesablanmış faizləri müqavilə ilə razılaşdırılmış formada ödəyirlər. Faizlərin ödənilməsi üsulları arasında ən geniş yayılanları faizlərin “aylıq” və ya “əmanət müddətinin sonunda” alınmasıdır.

Bəzi banklarda ödəniş üsulu olaraq rüblük, yarımillik və illik variantlar da təklif edilsə də, əmanətçilər tərəfindən ən çox tərcih edilən üsullar məhz  qeyd edilənlərdir (aylıq və ya müddətin sonu).


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Son dövrlərdə ölkənin Bank sektorunda məhsul baxımından müsbət tendensiyaların olması əmanət məhsullarına da öz təsirini göstərib. Belə ki, öz kredit və qeyri-kredit məhsullarını müştərilər üçün cazib şəkildə dizayn edən Banklar bu proses zamanı müştəri istəkləri ilə yanaşı beynəlxalq təcrübələrdən də faydalanır.  “Faizlər öncədən ödənilən” əmanət məhsulunu bu qrup məhsullardan hesab edə bilərik. Bu məhsulda sırf müştəri istəkləri nəzərə alınıb.

Bu əmanət məhsulunun əsas üstünlüyü ondan ibarətdir ki, müştəri əmanət üzrə hesablanacaq faizləri almaq üçün ay və ya müddət sonunu gözləmir. Faizləri əmanət yerləşdirən gün alan müştəri həmin vəsaiti şəxsi ehtiyacları üçün istifadə edə və ya yenidən əmanət şəklində yerləşdirə bilər. Bu növ əmanətlər haqda digər önəmli məqamları diqqətinizə çatdırmaq istərdik.

  • Əmanət müddəti ərzində vəsaitin artırılmasına yol verilmir;
  • Əmanət müqaviləsi müştəri tərəfindən pozularsa ödənilmiş faizlər geri alınır və ya cərimə tətbiq edilir.
  • Əmanət üzrə cəlbetmə faizləri, aylıq və ya müddətin sonu ödənilən əmanətlərə nisbətən aşağıdır.

İndi isə bu əmanət məhsulunu təklif edən Banklar və şərtlər haqqında məlumatı Sizlərə təqdim etmək istərdik:

 

Bank Əmanətin adı Valyuta Minimal məbləğ Əmanətin müddəti İllik faiz dərəcəsi
Amrahbank Avans əmanəti AZN / USD / EUR 1000 AZN / USD / EUR 12 ay AZN – 11%

USD – 3.0%

EUR – 1.2%

Azər Türk Bank Avans əmanəti AZN 1000 AZN 12 ay AZN – 6%
Expressbank Əlavə fürsət əmanəti AZN 500 AZN 12 ay AZN – 9%
Muğanbank Avans əmanəti AZN / USD 1000 AZN / USD 12 ay AZN – 12%

USD – 3.0%

NBC Bank Universal depozit AZN / USD  / EUR 200 AZN / USD / EUR 12 ay / 24 ay / 36 ay 12 aylıq əmanətlər

AZN – 11%, USD/EUR – 2.75%

24 aylıq əmanətlər

AZN – 10.5%, USD/EUR – 2.50%

36 aylıq əmanətlər

AZN – 10 %, USD/EUR – 2.25%

Unibank Faizlər əvvəlcədən AZN 500 AZN 12 ay AZN – 9%
Turanbank Fürsət əmanəti AZN / USD / EUR 100 AZN / USD / EUR 12 ay / 18 ay / 24 ay / 36 ay 12 aylıq əmanətlər

AZN – 10,5 % USD – 2%, EUR – 0.5%

18 aylıq əmanətlər

AZN – 10%, USD – 1.5%, EUR – 0.4%

24 aylıq əmanətlər

AZN – 9.5%, USD – 1.0%, EUR – 0.3%

36 aylıq əmanətlər

AZN – 9 %, USD – 0.5%, EUR – 0.2%