15 C
Baku
Friday, March 29, 2024

“Faizlə pul yiğılmasını önləyəcək bir qanunumuz yox idi”

Əgər bir az da olsa bank sektorundan anlayışınız varsa, insanlar sizə bu sualı verəcəklər?

Əmanətimi hansı banka qoya bilərəm? Bu cür inamsız psixologiyanın kökündə tarix dayanır. Düzdür bu sahə inkişaf edir, yeni texnologiyaların bank sektoruna tətbiq olunmasını görməzdən gəlmək olmur. Amma yenə də insanlar tarixdən dərs götürüb qorxur və tərəddüd edirlər. Bu qorxunun tarixinə nəzər salaq.

90 –ci illərin I yarısı ölkədə qurulan ilk özəl və bir sıra dövlət banklarının süqutu və milyonlarla vətəndaşların vəsaitlərinin banklarda itib-batma mərhələsi kimi yadda qaldı.

Cəmiyyətin ilkin kapital yığımını ölkədə fəaliyyət göstərən “Naxçıvan-Türk”, “Vahidbank”, “Ərgünəş MMS” kimi banklar dağıdırdı.

 Bənzər hadisələr Albaniyada da özünü göstərdi. Belə ki, hər üç şəxsdən birinin bankda pulu batmış və hadisələr inkişaf edərək vətəndaş müharibəsinə qədər gedib çıxmışdı. İnsanlar o qədər narahat idilər ki, hökumət başqanı Sali Berishaya bank böhranını nə üçün vaxtından əvvəl önləyə bilmədiniz sualını tez-tez verirdilər. O, isə ironik şəkildə “Faizlə pulyığılmasını önləyəcək bir qanunumuz yox idi deyirdi”.

Bizdə də hökumət bankların fəaliyyətinə vaxtında müdaxilə etmədi.  Baxmayaraq ki, o dönəmdə real sektorun inkişaf səviyyəsi ümumiyyətlə bank işinin qurulmasına imkan vermirdi. Bir də ki, o cür yüksək faizlərlə bankların uzun müddət fəaliyyət göstərəcəyi də ağlasığmaz idi. Albaniyadan fərqli olaraq,  bizdə mövcud olan qanunlara da riayət edilmədi.

Məsələn, Azərbaycan Respublikasının Bankların Fəaliyyəti Haqqında Qanunun 12-ci maddəsinin II bəndində göstərilirdi ki, bank öz fəaliyyətini dayandırması üçün media orqanlarında ən az iki dəfə elan verməli, əmanətçilərin pullarını geri qaytarmalı, sahibsiz əmanətləri Milli Banka təhvil verməlidilər.

Bankların iflas etməsinə və yeni yaranmağa başlayan inamın dağılmasına səbəb əlbəttə ki, iqtisadi böhran idi. Böhranın yaranmasını şərtləndirən amil isə vaxtından tez ortaya çıxan bankların fəaliyyətinə, hökumət tərəfindən vaxtından geç müdaxilə oldu.

Vətəndaşların kapital yığımının dağıdılmasının I mərhələsi, əmanətlərin banklar tərəfindən dağıdılması ilə, II mərhələsi isə hökumətin vaxtından gec müdaxiləsi ilə yekunlaşdı.

Qeyd edək ki, bankların iflas olmasına əsas səbəb piramida sistemli fəaliyyət formasını mənimsəmələri olmuşdu. Belə ki, sistem piramidanın zirvəsinə çatdıqda öz –özünə çökür.

Beləliklə, banklar etibarlılıq yaratmaqla insanların psixologiyasını dəyişə bilərlər.

Son xəbərlər
Digər xəbərlər