10 C
Baku
Thursday, December 12, 2024

Faizlər kəskin düşür, dövlət xəzinəsinin borclanması yüksəlir: 1.5 mlrd. manat

Dövlət ucuz faizli borcları görüncə, fond bazarından borclanmağa iştahı artır

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən cari ilin ilk 11 ayə ərzində fond bazarından 1 milyard 446.15 milyon manatlıq borc cəlb edilib.

Banker.az bu barədə Bakı Fond Birjasının aylıq açıqlamasına istinadən xəbər verir.

Fond birjası açıqlayır ki, dövlət istiqrazlarını cəlb etdiyi bu vəsaitlər üzrə ilin əvvəlindən indiyə qədər 530 əd. əqd bağlanıb.

2021-ci ilin yanvar-noyabr ayları ərzində ilkin istiqraz kimi fond bazarına çıxarılma həcmi  2020-ci ilin eyni müddətini 327.32 mln. manat, yaxud 29.3% üstələmişdir.

Üç illik dövlət istiqrazlarının gəlirliliyi:Capture

Bir faktı da qeyd etməliyik ki, Maliyyə Nazirliyi cari ildə uzunmüddətli dövlət istiqrazların fond bazarına hərraca çıxarılmasında daha çox meylli oldu.

AMB-nin faiz dərəcələri 29  oktyabr 2021-ci il tarixindən etibarən faizlərin aşağı həddi 6%-ə, yuxarı həddi 8%-ə və uçot faiz dərəcəsi 7%-ə qaldırılsa da dövlət istiqrazlarının gəlirliliyi son illərin minimumuna düşüb.

Məsələn, ötən ilin iyununda 3 illik istiqrazların gəlirliliyi 12.19%-ə yüksəldiyi halda noyabr ayının 16-na 4.3%-ə qədər geriləmə yaşadı. Həmin tarixdə 5 illik istiqrazların gəlirliliyi 10.94% olduğu halda, cari ilin noyabrın son hərracında 5.64%-ə qədər gerilməşdir. (ətraflı)

 

 

Son xəbərlər
Digər xəbərlər