11 C
Baku
Monday, November 18, 2024

Faizləri qaldırılsa da, Mərkəzi Bankın notlarının faizləri sabit qaldı

3 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (50103490S dövlət qeydiyyat nömrəli), 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 20 bank tərəfindən qiyməti 99.5351(6.01%) olan 25 sifariş təqdim edilmişdir. Qeyd edək ki, sonuncu iclasda hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5351(6.01%) olan 24 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,067,546,200 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351(6.01%) , orta ölçülmüş qiyməti isə 99.5351(6.01%) müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil etmişdir.

Notların ödəmə tarixi 1 dekabr 2021-ci ildir.

29 oktyabr 2021-ci il tarixdə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində müəyyənedib.

Son xəbərlər
Digər xəbərlər