Bank Olmayan Kredit Təşkilatı “Falcon Finance” MMC 2024-cü il üzrə 309 min manat üzərində xalis mənfəət açıqlayıb. Bu 2022-ci ildə 21 min manat ətrafında idi.
Banker.az BOKT-nin illik audit hesabatında qeyd edilir.
Hesabata əsasən, BOKT-nin faiz gəlirləri illik müqayisədə 2.5 dəfə artaraq 1 547 min manat təşkil edib.
2023-cü il üzrə xalis mənfəətdən sonra onun kapital balansındakı 20 min manatlıq illərin yığılmış zərəri 289 min manat bölüşdürülməmiş mənfəətlə əvəzlənib.
“Falcon Finance”nin aktivlərinin həcmi son bir ildə 2 dəfə artaraq 6 188 min manata yüksəlib. Aktivlərinin artımına əsas səbəb kredit portfelinin 2 945 min manatdan 5 986 min manata yüksəlməsidir.
BOKT ötən il maliyyə mənbəsi kimi fond bazarına da çıxış edib və 704 min manatlıq istiqrazlar üzrə borc öhdəliyi yaranıb. Ümumilikdə 4 898 min manat öhdəliyi vardır.