15 C
Baku
Monday, May 6, 2024

Famil Kərimov şirkətə rəhbər təyin edilib

Azərbaycanda adı bankın müşahidə şurasında yer alan Famil Kərimov şərab istehsal edən şirkətə rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, o, “Gilan Holding” MMC-yə bağlı “Aqro-Azərinvest” MMC-nin baş icraçı direktoru təyin edilib.

O, yeni vəzifəsində İmdad Kərimovu əvəzləyib.

Famil Kərimov hazırda “Gilan Holding” MMC-nin İdarə Heyətinin üzvüdür. Həmçinin, “AFB Bank” ASC-nin Müşahidə Şurasının üzvüdür.

“Aqro-Azərinvest” şirkəti 2004-cü ildə Azərbaycanın Qəbələ rayonunda təsis edilmişdir. Onun məqsədi şərab istesalıdır. Hazırda 7677 manat nizamnamə kapitalı var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər