16 C
Baku
Friday, April 26, 2024

İş fasiləsini necə məhsuldar təşkil etmək olar?

Əgər fasilədən sonra da özünüzü yorğun, tükənmiş və qeyri-məhsuldar hiss edirsinizsə, deməli düzgün şəkildə dincəlməmisiniz. Fasilələrdən fayda əldə etmək üçün Banker.az saytının təklif etdiyi məsləhətlərdən yararlanın.

  1. Hər 52 dəqiqədən bir fasilə edin

Bəzən məhsuldarlığımızı öldürən şəxsi vərdişlərimiz ilə mübarizə aparmalı oluruq. Məsələn, işimizlə məşğul olmaq əvəzinə sosial şəbəkə hesablarımızı nəzərdən keçirmək. Bunun üçün bütün gün diqqətimizi toplanmış olaraq saxlamaq və iradəmizin gücünü inkişaf etdirməliyik. Effektiv iş üçün yaxşı istirahət lazımdır.

Həyata keçirilən çox saylı araşdırmaların nəticələrinə görə, ən məhsuldar işçilər öz zamanını bu şəkildə bölənlərdir: diqqəti toplayaraq 52 dəqiqə iş və 17 dəqiqə istirahət.

Bu texnikanın effektivliyi aşağıdakı bir neçə səbəb ilə izah olunur:

  • Tezliklə fasilə olacağını bildikdə daha məqsədyönlü və diqqətli şəkildə işləyirsiniz.
  • 52 dəqiqədən çox səylə çalışmaq iş qabiliyyətinin keyfiyyətinin enməsinə səbəb ola bilər.
  • 8 saat hərəkətsiz olaraq əyləşmək insan sağlamlığı üçün ziyandır. İş günü ərzində müntəzəm fiziki fəaliyyət həm sağlamlığa, həm də konsentrasiya bacarığına müsbət təsir edir.
  1. Fikrinizi başqa bir şeyə yönəldin

Araşdırmalar sübut edir ki, bütün gücü toplayaraq diqqəti hər hansı bir məsələ üzərində saxlamaqla, daha da özümüzə ziyan edirik. İllinois universitetinin psixologiya üzrə professoru Alexandro Lieras belə təyin edib ki, konkret bir fikir üzərində daimi konsentrasiya zamanı beynimiz onu dərk etməyi dayandırır.

Hər hansı problemin həlli üzərində fasiləsiz olaaq vurnuxmaq əvəzinə bir müddətlik bu fikirlərdən yayınmaq lazımdır. Fikrinizi tamamilə başqa bir istiqamətə yönəldin. Belə fasilələr zamanı iş barəsində tamamilə unutmaq üçün könüllü şəkildə başqa bir neçə tapşırığı icra etmək məqsədəuyğundur. Bundan sonra problemin həllinə yeni güc ilə geri dönmüş olacaqsınız.

  1. Təmiz havaya çıxın

Bir çoxları bütün gününü qapalı ofisdə keçirir. Lakin gün ərzində ofis divarlarından kənarda keçirilən bir neçə dəqiqə əhvala və iş qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir edə bilər.

Araşdırmalara görə, təbiətdə zaman keçirmək işlə yüklənmə hissi ilə mübarizə aparmağa kömək edir. Günəşin və təmiz havanın təsiri məhsuldarlığı artırır və yuxu keyfiyyətini yaxşılaşdırır.

İş günü ərzində fasilələr zamanı ofis məkanını tərk etmək imkanına sahib deyilsinizsə, özünüzü təbiət elementləri ilə əhatə edin. Məsələn, iş masanızın üzərinə dibçək qoyun.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər