6 C
Baku
Sunday, December 15, 2024

Fatih Terimin bank hesabları araşdırılacaq

Türkiyə prokurorluğu məşhur futbol funksioneri Fatih Terimin bank hesabı əməliyyatlarının araşdırılmasını istəyir.

Bu, “Denizbank”ın əməkdaşı Seçil Erzanın başda futbol dünyasının tanınmış simaları olmaqla, 19 nəfərə qarşı külli miqdarda dələduzluq işi üzrə tələb olunur.

Saxlanılaraq mühakimə olunan Erzanın yüksək qazanc vədilə və Terimin adından istifadə etməklə milyonlarla dollarlıq dələduzluq etdiyi bildirilir.

Prokurorluğun iddialara görə, Terim də digər futbolçular kimi sözügedən saxta fonda pul yatırıb və aldadılıb. İddiaları rədd edən Terim, bu fonda pul yatırmadığını və heç bir qazanc əldə etmədiyini deyir.

Terim iyunun 2-də prokurorluğa verdiyi ifadəsində dələduzluq baş verən zaman “Denizbank”dan bütün pullarını çıxardığını, lakin bank tərəfindən ona 3 milyon dollar göndərilmədiyini iddia edib. O, buna görə məsuliyyət daşıdığını düşündüyü Seçil Erzan adlı bank işçisindən şikayətçi olduğunu açıqlayıb.

Erzandan şikayətçi olmasına baxmayaraq, Terim dələduzluq işində şikayətçilər arasında deyil. Terimin şikayəti ilə bağlı ayrıca araşdırma aparılır, əlavə ittiham aktının hazırlanıb-hazırlanmayacağına isə prokurorluq qərar verəcək.

Son xəbərlər
Digər xəbərlər