Bank böhranından qaynaqlanan potensial kredit böhranının miqyası ilə bağlı fərqli fikirlər fonunda Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərləri arasında növbəti faiz artımı ilə bağlı müzakirələr, bir-birinə zidd fikirlər yaranır.
Çikaqo Rezerv Bankının prezidenti Ostan Qulsbi (Austan Goolsbee) ötən ay “Silikon Valley Bankı” və “Signature Bank”ının bağlamasından sonra regional bankların krediti nə qədər geri çəkə biləcəyi bəlli olmadığı üçün pul siyasətini təyin edərkən “ehtiyatlılıq və səbirli olmağa” çağırıb.
“Bu maliyyədə “yandan əsən küləyin” hara getdiyi ilə bağlı qeyri-müəyyənliyin nə qədər çox olduğunu nəzərə alsaq, ehtiyatlı olmalıyıq”- deyə, yanvardan Federal Açıq Bazar Komitəsinin səsvermə hüququna malik üzvü seçilən Ostan Qulspi bildirir.
O.Qulspi deyir ki, daha çox faiz artımından ehtiyatlı olmaq lazımdır. Rəhbərlik əlavə məlumat toplamalı və inflyasiyanın aşağı düşməsi üçün atılan addımların indiyə qədər nə qədər effektli, yararlı olduğunu araşdırmalıdır.
Pul siyasətçiləri may ayının əvvəlində keçiriləcək iclaslarında keçən ay dərc edilmiş proqnozları təsdiq edib-etməmək barədə qərar verməyiblər. Bu da əksər məmurların bu il daha bir rüblük faiz artımını dəstəklədiyini, faiz dərəcəsinin 5-5.25 faiz səviyyəsində zirvəyə çatması gözlənilir. 2024-cü ilə qədər azalma proqnozu yoxdur.
Müzakirələrə səbəb son bankçılıq böhranının iqtisadi təsirinin şiddətidir. Fed sədri Cerom Pauel, keçən ay bank uğursuzluqlarının potensial olaraq “dərəcə artımı və ya bəlkə də daha çox” ola biləcəyini demişdi, lakin bu qiymətləndirmənin real vaxtda aparılmasının asan olmadığını xəbərdar etmişdi.
Sent-Luis FED-nin prezidenti Ceyms Bullard da keçən həftə jurnalistlərə “kredit şərtlərinin ABŞ iqtisadiyyatını resessiyaya salmaq üçün kifayət qədər sərtləşəcəyinə dair hekayədən daha az heyran olduğunu” deyərək iqtisadi perspektivlə bağlı daha optimist bir ton qəbul etdi. Bu da Çikaqo FED-nin fikirləri ilə ziddiyyət təşkil edib.
Qeyd edək ki, bu gün ABŞ-da inflyasiya göstəriciləri açıqlanacaq. Birləşmiş Ştatlarda inflyasiyanın fevraldakı 6%-dən 5.1%-ə qədər düşəcəyi proqnoz edilir. İnflyasiya, ÜDM və əmək bazarı ABŞ FED-nin diqqətlə izlədiyi bir bazardır ki, faiz artımlarında qərar versin. İnflyasiyanın 5.1%-ə düşməsi FED-in faiz artımında əyləcə basacağı anlamına gəlmir. Çünki, FED-in hədəfi inflyasiyanı 2%-ə qədər soyutmaqdır.