7 C
Baku
Sunday, December 15, 2024

FED dolları zəiflətməyi bacardı: nə qədər müddətə?

ABŞ-ın Federal Ehtiyatlar Sistemi, gözləndiyi kimi, ardıcıl olaraq üçüncü dəfə faiz dərəcəsini endirdi. Lakin bazarın buna verdiyi reaksiya birmənalı olmamışdı.

Xatırladaq ki, FED faiz dərəcəsini 1,5-1,75% qədər endirib.

f.d

Banker.az xəbər verir ki, eyni zamanda, tənzimləyici pul bazarındakı əməliyyatların 1,45-1,55% aralığında aparılacağını qeyd edib.

“Bu gün bir faiz dərəcəsini üçüncü dəfə endirmək qərarına gəldik. Bizim əsas məqsədimiz amerikan iqtisadiyyatının qlobal dəyişikliklər qarşısında güclü olmasına kömək etmək və onu mövcud risklərdən qorumaqdır”, – deyə FED-in sədri Jerome Powell bildirib.

Sədrin bu sözləri bazarda müsbət reaksiyaya səbəb olub. Hər halda hələki bu belədir.

Qısamüddətli turbulentlik dövründən sonra indekslər maksimum səviyyəyə yüksəliblər.

yuksValyuta bazarında dolların zəiflədiyini izləmək olar.

izle

Dekabrda faiz dərəcəsinin dördüncü dəfə azaldılması ehtimalı 20% təşkil edir. Buna əsaslanaraq, valyuta və birjalardakı dinamikanı başa düşmək çətindir.

FED-in açıqlamasına həmçinin açıq bazardakı əməliyyatlara nəzarət Komitəsinin “daxil olan məlumatlara və onların iqtisadi proqnozlara göstərdiyi təsirə nəzarət edəcəyi” ifadəsi də daxil edilmişdir.

Bu və ya digər şəkildə, görünür, indi bazar üçün əsas hadisə əmək bazarında hesabatın dərc olunması olacaq. Ənənəyə görə, hesabat ayın ilk cümə günü, yəni sabah dərc ediləcək.

Buna baxmayaraq, bu gün maliyyə aktivlərinin dinamikasının dəyişəcəyi və dolların möhkəmlənməyə başlaması mümkündür.

 

 

Son xəbərlər
Digər xəbərlər