ABŞ-də Federal Ehtiyat Sistemi daha bir 0.25 faiz bəndi uçot faiz dərəcəsi artımı ilə inflyasiyanı 2%-lik hədəfinə endirə biləcək və bununla da monetar sərtləşdirmədə artımları dayandıracaq.
Bsnker.az xəbər verir ki, bu barədə Atlanta Federal Rezerv Bankının prezidenti Rafael Bostik bildirib.
Cümə axşamı günü “Reuters”ə verdiyi müsahibədə Bostik bildirib ki, son inflyasiya rəqəmləri, o cümlədən istehlakçı qiymətlərinin artımının yavaşlaması və istehsalçı qiymətləri inflyasiyasının aşağı düşməsi ilə bağlı bu həftəki hesabatlar “bir daha hərəkət etməyimizə uyğundur”.
Hələlik Fed-in mayın 2-3-də keçiriləcək iclasında faiz dərəcəsini 25 baza bəndi faiz artıracağı və uçot faiz dərəcəsini 5.00-5.25% diapazonuna çıxaracağı gözlənilir. Bununla da 2007-ci ildəki böhrandan bu tərəfə ən sərt monetar siyasətdir.
Qeyd edək ki, onun Çikaqodan olan həmkarı faiz artımları ilə bağlı daha ehtiyatlı olmağa çağırmışdı.
Mart ayındakı son iclasda FED rəhbərləri proqnozlarını növbəti iclasda daha bir 25 baza bəndi artımına siqnal verib. Ehtimal edilir ki, bu da son olacaq. Bostik bildirib ki, ötən il sıfıra yaxın olan səviyyədən (0.25%) indyə qədər artımı iqtisadiyyatın yalnız indi hiss etdiyini bildirib.
O, iqtisadiyyatın və inflyasiyanın necə inkişaf etdiyini bilmək və artıma və iş yerlərinə dəyən zərəri məhdudlaşdırmağa çalışmaq üçün daha bir faiz artımından sonra pauzanı indiki göstəricilərlə müqayisə edərək məqbul görür.
Qeyd edək ki, tən gün ABŞ-də açıqlanan iqtisadi göstəricilər dolların məzənnəsinə ciddi təziyiq yaratdı. Məlum oldu ki, illik inflyasiya lkədə 6%-dən 5%-ə düşüb. Bu investorları FED-in növbəti iclasda daha “göyərçin”, yaxud yumşaq qərar verəcəyinə inandırmaqdadır.