ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini aşağı saldıqdan sonra, Hong-Kong da faiz dərəcəsini aşağı salmaq qərarına gəldi. De-fakto olaraq Hong-Kong Mərkəzi Bankı plankanı 50 baza punktu azaldaraq 1,5% səviyyəsinə endirib.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
Bu, borc götürənlər üçün sərfəli ola bilər. 2019-cu ildə tənzimləyici rəsmi kredit faiz dərəcəsini üç dəfə 75 baza punktu azaldılmışdır.
“Koronavirus epidemiyasının yayılması maliyyə bazarlarında qeyri-müəyyənliyə səbəb olub. Bazarlar qeyri-sabit olaraq qalacaqlar və investorlar risklərin idarə edilməsinə dair rasional tədbirlər görməlidirlər”, – Hong-Kong tənzimləyicisinin rəhbəri Eddi Yuy qeyd edir. – “Faiz dərəcələri daxili maliyyələşməyə tələb və təklif kimi faktorlardan asılı olacaq. HKMA bazardakı vəziyyəti diqqətlə izləməyə davam edəcək, həmçinin Hong-Kongun pul və valyuta sahələrinin işinə dəstək olmağa davam edəcək”.