ABŞ Mərkəz Bankının (Fed) Nyu-York şöbəsinin rəhbəri Ulliam Dudley FED-in faiz nisbətlərini yüksəldəcəyini bildirib.
Dudley FED-in qısa dövrdə faiz nisbətlərini yüksəltməsini dəstəkləyəcəyini bəyan edib. Bazarların və sərmayəçilərin bu dəyişikliklərə uyğunlaşdığını deyən Dudley FED-in pul siyasətini təyin edən Federal Açıq Bazar Komitəsinin (FOMC) pul siyasətində gözləniləndən daha sürətli möhkəmlənmənin baş verəcəyini vurğulayıb.
ABŞ-da keçən ay keçirilən prezident seçkilərini xatırladan Dudley bildirib ki, gələn il FOMC-in pul siyasətiylə bağlı fikirləri yenilənəcək.
Qeyd edək ki, FED-in növbəti toplantısı dekabrın 13-14-də keçiriləcək./Publika.az