-1 C
Baku
Sunday, December 15, 2024

FED rəhbəri ilin sonunadək uçot dərəcəsini artırmamağa çağırıb

Nyu-York ştatının Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli Federal Ehtiyatlar Sistemini (FED) bu ilin sonunadək uçot dərəcəsini artırmamağa çağırıb.

U. Dadli bu addımın çox ciddi fəsadlarının olacağına işarə edib.

“FED uçot dərəcəsinin artırılmasına olduqca ehtiyatlı yanaşmalıdır. Hələlik pul-kredit siyasətinin tam sərtləşdirilməsindən imtina etmək olduqca tezdir. Lakin bu addımın neqativ təsirləri müsbət təsirlərdən çox olacaq”, – deyə o qeyd edib.

Uilyam Dadli, Nyu-York ştatının Federal Ehtiyat Bankının rəhbəri
Uilyam Dadli, Nyu-York ştatının Federal Ehtiyat Bankının rəhbəri

U. Dadli uçot dərəcəsinin artırılmasına mane olan bir sıra amillərin olduğunu bildirib: “Söhbət həmçinin xarici bazarlarda baş verənlərdən gedir ki, bunun ABŞ iqtisadiyyatına da təsiri var”.

Qeyd edək ki, U. Dadli (toplantılarda səsvermə hüququna malikdir) FED rəhbəri Canet Yellənlə çox yaxın münasibətlərdədir və tənzimləyici tərəfindən verilən qərarlara təsir edə biləcək şəxslərdəndir.

APA

Son xəbərlər
Digər xəbərlər