10 C
Baku
Thursday, December 12, 2024

FED rəhbərinin çıxışı öncəsi dollar əsas valyutalara nisbətdə bahalaşıb

Avqustun 26-da ABŞ-ın Federal Ehtiyat Sisteminin rəhbəri (FED) Janet Yellen Vyominq ştatında (Wyoming) iqtisadi siyasətlə bağlı ənənəvi illik konfransında çıxış edəcək.

APA xarici KİV-lərə istinadən xəbər verir ki, budəfəki konfrans “Federal Ehtiyat Sisteminin pul-kredit siyasəti alətləri toplusu” mövzusuna həsr olunub.

İndi səhmdarların nəzərləri sentyabrda faiz dərəcələrinin artırılıb-artırılmayacağını bilmək üçün J.Yellenin çıxışına yönəlib. Analitiklər FED rəsmilərinin bu addımı atacağına birmənalı yanaşmır. Bəzi ekspertlər ABŞ iqtisadiyyatının hədəflərə çatmadığını əsas gətirib FED-in faiz dərəcələrini artırmayacağını proqnozlaşdırır. Bu mövqedə olanlar ABŞ-da seçki ərəfəsində faiz dərəcələrinin artırılmasının məqsədəuyğun hesab edilməyəcəyi qənaətindədir.

Bu mövqeyi bölüşməyənlər isə diqqəti FED-in sədr müavini Stenli Fişerin ABŞ iqtisadiyyatı ilə bağlı optimist çıxışına yönəldir. Onların fikrincə, hədəflərə çatmağa yaxın olduqlarını bəyan edən S.Fişer faiz dərəcələrinin artırılacağına işarə edib. S.Fişerin çıxışı və FED-in San-Fransisko bölməsinin rəhbəri Con Vilyamsın “Nə qədər ki, gec deyil faiz dərəcələrini artırmaq lazımdır” bəyanatından dərhal sonra dolların məzənnəsi sabitləşib. Belə ki, 1 ABŞ dollarına nəzərən 1 avro 0,2%, Bir funt sterlinq 0,7%, Yaponiya ieni 0,3% ucuzlaşıb.

“İnvesting.com” saytının proqnozlarına görə, investorların 15%-i sentyabrda faiz dərəcələrinin artırılacağını gözləyir. Səhmdarlar dekabrda faiz dərəcələrinin artırılması ehtimalının 52% təşkil etdiyi qənaətindədir.

Son xəbərlər
Digər xəbərlər