Həftənin çərşənbə axşamı ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauelin uçot faiz dərəcələrinin hələ gözləniləndən daha yuxarı həddə qaldıracağı xəbəri dolları digər valyutalar qarşısında bahalaşdırdı.
Fed rəsmiləri dekabr ayında faizlərin bu il 5.00%-5.25% arasında artacağını proqnozlaşdırmışdılar. Treyderlər indi faizlərin sentyabr ayında 5.64% -ə çatması üçün mərc qoyurlar.
Beləliklə, FED-in bu açıqlamasından sonra ən çox dəyər itirən, Norveç, Cənubi Afrika, İsveç, Avstraliya və Yeni Zelandiya valyutalarıdır.
İsrail, Brazilya və Meksika valyutaları isə, trendin tam əksinə hərəkət edərək, dollara qarşı gücləniblər.
ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısında ölçülən indeksi həftə ərzində 2% artaraq üç aylıq maksimum – 105.6 bəndlərə çatdı.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 17:30-da ABŞ-ın əmək bazarı üzrə mühüm göstəricilər açıqlanacaq.
Banker.az foreks bazarındakı valyutaların ABŞ dolları qarşısında olan məzənnələrini təqdim edir:
Adı | Kod | Məzənnə | Həftəlik | Aylıq | İlin əvvəlindən |
Norveç kronu | USD/NOK | 10.6802 | 2.7% | 5.3% | 9.0% |
Cənubi Afrika randı | USD/ZAR | 18.6074 | 2.3% | 3.8% | 9.4% |
İsveç kronu | USD/SEK | 10.7272 | 2.1% | 2.6% | 3.1% |
Avstraliya dolları | AUD/USD | 0.6592 | -2.0% | -4.7% | -3.2% |
Yeni Zelandiya dolları | NZD/USD | 0.6111 | -1.7% | -3.0% | -3.8% |
Kanada dolları | USD/CAD | 1.3812 | 1.6% | 3.5% | 2.0% |
Çex korunası | USD/CZK | 22.386 | 1.3% | 0.8% | -0.7% |
Malayziya rinqqiti | USD/MYR | 4.5245 | 1.2% | 4.5% | 2.8% |
Argentina pesosu | USD/ARS | 199.98 | 1.1% | 5.0% | 13.2% |
Macarıstan forinti | USD/HUF | 358.67 | 1.1% | -1.1% | -3.9% |
İndoneziya rupisi | USD/IDR | 15432.5 | 1.0% | 2.0% | -0.9% |
Rus rublu | USD/RUB | 76.0325 | 1.0% | 3.7% | 8.8% |
Çin yuanı | USD/CNY | 6.9687 | 0.8% | 2.4% | 1.0% |
İngilis funtu | GBP/USD | 1.1847 | -0.8% | -1.8% | -2.1% |
Koreya vonu | USD/KRW | 1320.44 | 0.7% | 4.2% | 4.7% |
Qazax təngəsi | USD/KZT | 438.10 | 0.6% | -2.8% | -5.3% |
Sinqapur dolları | USD/SGD | 1.3541 | 0.5% | 1.8% | 1.1% |
Danimarka kronu | USD/DKK | 7.0546 | 0.5% | 1.2% | 1.6% |
Avro | EUR/USD | 1.0548 | -0.5% | -1.2% | -1.5% |
Tayvan dolları | USD/TWD | 30.810 | 0.5% | 2.0% | 0.7% |
Türk lirəsi | USD/TRY | 18.949 | 0.3% | 0.7% | 1.4% |
Gürcü larisi | USD/GEL | 2.5775 | 0.3% | -2.0% | -4.5% |
Polşa zlotisi | USD/PLN | 4.4397 | 0.2% | -0.5% | 1.4% |
Yapon yeni | USD/JPY | 136.96 | 0.2% | 4.2% | 4.5% |
Honkonq dolları | USD/HKD | 7.8499 | 0.0% | 0.0% | 0.5% |
İsveçrə frankı | USD/CHF | 0.9407 | -0.2% | 1.9% | 1.8% |
Hindistan rupisi | USD/INR | 81.860 | -0.6% | -0.8% | -1.0% |
Meksika pesosu | USD/MXN | 17.965 | -0.8% | -3.7% | -7.8% |
Brazilya realı | USD/BRL | 5.1458 | -1.1% | -1.3% | -2.7% |
İsrail şekeli | USD/ILS | 3.5949 | -1.9% | 1.9% | 2.2% |