2 C
Baku
Saturday, December 14, 2024

FED rəhbərinin son açıqlamasından sonra dollara qarşı ən çox ucuzlaşan valyutalar – SİYAHI

Həftənin çərşənbə axşamı ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauelin uçot faiz dərəcələrinin hələ gözləniləndən daha yuxarı həddə qaldıracağı xəbəri dolları digər valyutalar qarşısında bahalaşdırdı.

Fed rəsmiləri dekabr ayında faizlərin bu il 5.00%-5.25% arasında artacağını proqnozlaşdırmışdılar. Treyderlər indi faizlərin sentyabr ayında 5.64% -ə çatması üçün mərc qoyurlar.

Beləliklə, FED-in bu açıqlamasından sonra ən çox dəyər itirən, Norveç, Cənubi Afrika, İsveç, Avstraliya və Yeni Zelandiya valyutalarıdır.

İsrail, Brazilya və Meksika valyutaları isə, trendin tam əksinə hərəkət edərək, dollara qarşı gücləniblər.

ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısında ölçülən indeksi həftə ərzində 2% artaraq üç aylıq maksimum – 105.6 bəndlərə çatdı.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 17:30-da ABŞ-ın əmək bazarı üzrə mühüm göstəricilər açıqlanacaq.

Banker.az foreks bazarındakı valyutaların ABŞ dolları qarşısında olan məzənnələrini təqdim edir:

Adı Kod Məzənnə Həftəlik Aylıq İlin əvvəlindən
Norveç kronu USD/NOK 10.6802 2.7% 5.3% 9.0%
Cənubi Afrika randı USD/ZAR 18.6074 2.3% 3.8% 9.4%
İsveç kronu USD/SEK 10.7272 2.1% 2.6% 3.1%
Avstraliya dolları AUD/USD 0.6592 -2.0% -4.7% -3.2%
Yeni Zelandiya dolları NZD/USD 0.6111 -1.7% -3.0% -3.8%
Kanada dolları USD/CAD 1.3812 1.6% 3.5% 2.0%
Çex korunası USD/CZK 22.386 1.3% 0.8% -0.7%
Malayziya rinqqiti USD/MYR 4.5245 1.2% 4.5% 2.8%
Argentina pesosu USD/ARS 199.98 1.1% 5.0% 13.2%
Macarıstan forinti USD/HUF 358.67 1.1% -1.1% -3.9%
İndoneziya rupisi USD/IDR 15432.5 1.0% 2.0% -0.9%
Rus rublu USD/RUB 76.0325 1.0% 3.7% 8.8%
Çin yuanı USD/CNY 6.9687 0.8% 2.4% 1.0%
İngilis funtu GBP/USD 1.1847 -0.8% -1.8% -2.1%
Koreya vonu USD/KRW 1320.44 0.7% 4.2% 4.7%
Qazax təngəsi USD/KZT 438.10 0.6% -2.8% -5.3%
Sinqapur dolları USD/SGD 1.3541 0.5% 1.8% 1.1%
Danimarka kronu USD/DKK 7.0546 0.5% 1.2% 1.6%
Avro EUR/USD 1.0548 -0.5% -1.2% -1.5%
Tayvan dolları USD/TWD 30.810 0.5% 2.0% 0.7%
Türk lirəsi USD/TRY 18.949 0.3% 0.7% 1.4%
Gürcü larisi USD/GEL 2.5775 0.3% -2.0% -4.5%
Polşa zlotisi USD/PLN 4.4397 0.2% -0.5% 1.4%
Yapon yeni USD/JPY 136.96 0.2% 4.2% 4.5%
Honkonq dolları USD/HKD 7.8499 0.0% 0.0% 0.5%
İsveçrə frankı USD/CHF 0.9407 -0.2% 1.9% 1.8%
Hindistan rupisi USD/INR 81.860 -0.6% -0.8% -1.0%
Meksika pesosu USD/MXN 17.965 -0.8% -3.7% -7.8%
Brazilya realı USD/BRL 5.1458 -1.1% -1.3% -2.7%
İsrail şekeli USD/ILS 3.5949 -1.9% 1.9% 2.2%

 

Son xəbərlər
Digər xəbərlər