8 C
Baku
Monday, November 18, 2024

FED sədri Pauelin dünənki çıxışı bazara nə siqnal verir?

ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) ötən çərşənbə günü dördüncü dəfə uçot dərəcəsini sabit – 5.25-5.5% səviyyəsində saxladı, lakin mart iclası ilə bağlı intriqa qalmaqdadır.

Banker.az xəbər verir ki, bu xəbərdən sonra dünən ABŞ dolları əsas rəqiblərinə qarşı bahalaşdı. Avro/dollar cütlüyü 2023-cü ilin dekabrından bu tərəfə ilk dəfə 1.08 səviyyəsinin altına düşüb. Lakin sonradan avro itirilmiş mövqeyini qaytara bilib. Ötən gün 1.2750 dollara qədər bahalaşan İngilis funt-sterlinqi xəbərin ardından 1.2650 dollar səviyyəsinə qədər düşdü. ABŞ dollarının 6 əsas rəqib valyuta səbəti ilə ölçülən indeksi (DXY) ötən gün 102.95 səviyyəsinə qədər düşsə də, gecə saatlarında 103.59 bəndə qədər güclü mövqe qazandı.

FED sədri Cerom Pauel mətbuat konfransı zamanı inflyasiya ilə mübarizədə irəliləyişlərə işarə etdi, lakin inflyasiyanın hələ də çox yüksək olduğunu və “onu azaltmaqda daha çox irəliləyişin təmin olunmadığını” vurğuladı. Sədrin sözlərinə görə, FED məntiqli olarsa, faizləri daha uzun müddət saxlamağa hazırdır.

Faizlərin uzun müddətə saxlanılması nə deməkdir?

ABŞ FED-i uçot faiz dərəcəsini inflyasiyanı cilovlamaq yolunda 2022-ci ildə sıfıra yaxın səviyyədən 5.5%-ə qədər gətirib çatdırıb. Bu, 2001-ci ildən bu tərəfə tətbiq edilən ən sərt pul siyasətidir. Faizlərin indi uzun müddətə 5.5% səviyyəsində saxlanılması investorları bu valyutada alış mövqeyinə sövq edir. Çünki hazırda əsas mərkəzi banklar içində ən yüksək uçot faiz dərəcəsi FED-dədir. Üstəlik Avropa, İngiltərə və Yaponiya bankından fərqli olaraq FED-in bunun bir müddətə qalması üçün lüksü da var. Növbəti investorların izlədiyi məsələ “dot-plot”dur. Yəni ABŞ mərkəzi bankının gələcəkdə faizlərlə bağlı planın nə olmasıdır.

Bununla belə, Cerom Pauel bildirib ki, “siyasət dərəcəsi bu sərtləşmə dövrü üçün çox güman ki, pik nöqtəsindədir və əgər ümumi iqtisadiyyat gözlənildiyi kimi çıxış edərsə, siyasətin yumşaldılması bu ilin bir nöqtəsində uyğun olacaq. Komitənin, demək olar ki, hər bir üzvü, həqiqətən, dərəcələri aşağı salmağın məqsədəuyğun olacağına inanır”, – deyə Cerom Pauel qeyd edib.

Bununla belə, o əlavə edib ki, siyasətin çox tez və ya çox yumşaldılması inflyasiya üzrə irəliləyişin geri qaytarılmasına gətirib çıxara bilər ki, bunun da nəticəsində inflyasiyanın 2%-ə qaytarılması üçün daha da sərt siyasət tələb oluna bilər.

Eyni zamanda Pauelin fikrincə, siyasətin çox gec və ya çox az yumşaldılması iqtisadi aktivliyin və məşğulluğun yersiz azalmasına səbəb ola bilər.

ABŞ-də illik inflyasiya dekabrda (2023) 3.4% olmaqla iqtisadçıların konsensus 3.2% proqnozunu üstələdi. İnflyasiya düşmək əvəzinə artmış oldu.

 

Son xəbərlər
Digər xəbərlər