9 C
Baku
Thursday, December 12, 2024

FED uçot faiz dərəcəsini 6.00%-ə qədər yüksəldə bilər

Federal Ehtiyatlar Sistemi (FED) dekabr ayında 50 baza bəndi faiz dərəcəsi artımına gedə bilər.

Banker.az xəbər verir ki, bu barədə “Reuters”in sorğusuna qatılan iqtisadçılar bildirib.

(1 faiz bəndi=100 baza bəndi)

Onlar ABŞ mərkəzi bankı funksiyasında olan FED-in monetar siyasətinin daha uzun müddət sərtləşdirməsinin və daha yüksək siyasət dərəcəsinin pik səviyyəsinin cari perspektiv üçün ən böyük risk olduğunu deyiblər.

Qeyd edək ki, FED-in faiz artımında çəkindiyi nüans resessiya riski ilə bağlıdır və bu da iqtisadçıları növbəti iclaslarla bağlı sürətli faiz artımına gedəcəyi ilə bağlı tərəddüdlərini artırır.

ABŞ-da istehlak qiymətləri inflyasiyası gözlənilmədən keçən ay 8%-dən aşağı düşdü və bu, məntiqi olaraq bazar üçün FED-in ardıcıl dörd 75 baza bəndlik artımdan sonra daha kiçik faiz artımlarına gedəcəyi ilə bağlı ehtimalları gücləndirdi.

Lakin “Reuters”in son sorğusu, gələn il və növbəti il üçün inflyasiya ilə bağlı proqnozların bir ay əvvəl düşünüldüyündən bir qədər yüksək olduğunu göstərib ki, bu da FED-in sərtləşdirmə kampaniyasında qaçılmaz fasiləni nəzərdən keçirməyin zamanı olmadığını göstərir.

Noyabrın 14-17-də sorğuda iştirak edən 84 iqtisadçıdan 78-i düşünür ki, FED 13-14 dekabr tarixlərində keçirəcəyi siyasət iclasında faiz dərəcəsini yarım faiz bəndi artıraraq 4.25-4.50% intervalına çatdırmağa hazırlaşır.

FED-in faiz dərəcələrində 0.25%, yəni sıfıraq bir qədər yaxın məsafədə idi indi və 3.25 faiz bəndi oktyabr iclasına qədər artıma getməklə uçot faiz dərəcəsini 4.00%-ə çatdırıb.

Requlyator gələn ilin əvvəlində minimum 4.75%-5.00% səviyyəsinə qədər çıxacağı gözlənilir, bu da öncəki ay proqnoz ediləndən 25 baza bəndi yüksəkdir. Pik dərəcə proqnozları 4.25%-4.50% və 5.75%-6.00% arasında dəyişib.

324

İşsizlik səviyyəsinin gələn ilin sonuna qədər hazırkı 3.7%-dən 4.6%-ə yüksələcəyi gözlənilirdi – ən yüksək proqnoz 5.9% – və 2024-cü ildə orta hesabla 4.8%, əvvəlki tənəzzüllərdə görülən səviyyələrdən hələ ki xeyli aşağıdır. İşsizlik nisbəti ilə bağlı proqnozlar əvvəlki ayın sorğusu ilə müqayisədə xeyli yüksək idi.

Son xəbərlər
Digər xəbərlər